SİYASƏT


Moskvada ŞƏT və MDB müdafiə nazirlərinin görüşü keçirilib

Moskvada ŞƏT və MDB müdafiə nazirlərinin görüşü keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasını bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.

General-mayor H.Mahmudov iclasda çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.

İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir.

Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.