MƏDƏNİYYƏT


Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

Bakı, 29 yanvar, AZƏRTAC

Martın 27-dən 31-dək Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.

AZƏRTAC Mstislav Rostopoviç Fondunun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, festivalın əsas konsert məkanı Moskva Konservatoriyasının Böyük zalı olacaq. Beş gün ərzində Rusiyanın və Avropanın ən böyük musiqi kollektivləri festivalda çıxış edəcəklər. Bu böyük musiqi bayramı Rusiyaya ilk dəfə gələn Lyej Kral Filarmonik Orkestrinin çıxışı ilə yekunlaşacaq.

Festival 2010-cu ildə M.L.Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Festivalın təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.