MƏDƏNİYYƏT


Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskva, 23 yanvar, AZƏRTAC

Fevralın 16-da “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsi çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq konsertin proqramına N.Mirişli, F.Qarayeva, E.Denisova, O.Messian, V.Yekimovski, Y.Vorontsov və K.Debüssinin əsərləri daxil edilib.

Konsertdən əvvəl sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.