DÜNYA
Moskvada baş verən yanğın yerində 8 xilasedicinin cəsədi aşkarlanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Xilasedicilər Moskvanın şərqində plastik məmulatlar anbarında baş verən yanğın zamanı itkin düşən 8 həmkarlarının cəsədini aşkarlayıb. Bir qədər əvvəl binanın damının dağılması nəticəsində FHN-in 8 əməkdaşının itkin düşdüyü bildirilirdi.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahı bu məlumatı təsdiqləyib.
Rusiyanın paytaxtının Qolyanovo rayonunda plastmas məmulatlar anbarında baş verən yanğın 4 min kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 160 xilasedici və 46 ədəd texnika cəlb olunub.
Rusiya FHN-in məlumatına əsasən, operativ əməliyyat nəticəsində hadisə yerində yüzdən çox işçi xilas edilib.
Hazırda yanğın söndürülüb, xilasedicilər dağıntıları təmizləməyə davam edirlər.
Hadisə ilə bağlı yanğın təhlükəsizliyinin pozulması faktı üzrə cinayət işi açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]