DÜNYA


Moskvada beynəlxalq “ARABİA-EXPO 2019” sərgisi keçiriləcək

Moskva, 5 fevral, AZƏRTAC

Aprelin 8-dən 10-dək Moskvada Rusiya-Ərəb İşgüzar Şurasının (RƏİŞ) sessiyası və IV beynəlxalq “ARABİA-EXPO 2019” sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu tədbirlərdə Səudiyyə Ərəbistanı, BƏƏ, Əlcəzair, Misir və Tunis də daxil olmaqla 20-yə yaxın ərəb dövlətinin nümayəndə heyətləri iştirak edəcək.

Forumun proqramında infrastruktur inkişafı, tikinti və daşınmaz əmlak, maliyyə xidmətləri və ticarət, təbabət və əczaçılıq, nəqliyyat və logistika, təhsil, ali məktəblərarası kooperasiya və turizm mövzularında dəyirmi masalar keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, dövlətlərarası işgüzar şuraların iclasları, biznes-dialoqlar, Rusiyanın və ərəb ölkələrinin azad iqtisadi zonalarının təqdimat mərasimləri keçiriləcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC–ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.