CƏMİYYƏT


Moskvada beynəlxalq təhlükəsizliyə həsr olunmuş X Moskva konfransı keçiriləcək

Moskva, 10 avqust, AZƏRTAC

Moskvada beynəlxalq təhlükəsizliyə həsr olunmuş X Moskva konfransı keçiriləcək.

AZƏRTAC Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, builki konfransın proqramına qlobal və regional təhlükəsizliyin ən aktual problemləri daxildir. Bu məsələlərin müzakirəsi qarşılıqlı anlaşmanın artmasına və hərbi fəaliyyətin transparentliyinə şərait yaradacaq.

Konfrans çərçivəsində “Çoxtərəfli dünyanın formalaşması şəraitində qlobal təhlükəsizlik”, “Qlobal təhlükəsizliyin regional aspektləri: Asiya-Sakit okean regionu” və “Beynəlxalq təhlükəsizliyin regional aspektləri: Afrika, Yaxın Şərq və Latın Amerikası” mövzuları üzrə plenar iclaslar keçiriləcək.

Konfransın nümayəndə heyətləri həm də “Ordu” beynəlxalq hərbi-texniki forumunda iştirak edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.