DÜNYA


Moskvada güclü yanğın baş verib

Bakı, 17 avqust, AZƏRTAC

Rusiyanın paytaxtı Moskvada güclü yanğın hadisəsi baş verib.

AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə şəhərin şimalında, lak və boya məmulatları anbarında baş verib.

Alov təqribən 21 min kvadrat metr ərazini əhatə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisədən zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.