DÜNYA


Moskvada “hazır” mənzillər tikiləcək

Bakı, 29 aprel, AZƏRTAC

Moskvada “hazır” mənzillərin istehsalı üçün zavodun inşasına başlanılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Moskva hökuməti tərəfindən Maruşkinski qəsəbəsində 24,8 hektar ərazidə mənzilin yığılması üçün böyük ölçülü modulların istehsalı məqsədilə robot zavodunun tikilməsinə icazə verilib. Bina tikintisində istifadə ediləcək yeni modullar inşaat keyfiyyəti baxımından Sovet “panelləri”ndən əhəmiyyətli dərəcədə fərqlənəcək.

Mənzil modulları əraziyə hazır şəkildə çatdırılacaq. Hər mənzil-modulun sahəsi təqribən 100 kvadratmetrdir. Burada yaşayış sahəsi üçün lazımi mühəndislik və sanitariya kommunikasiyaları həyata keçiriləcək.

Yeni modulların köməyi ilə 22 mərtəbəli bina 20 gündən az bir müddətdə yığılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.