DÜNYA


Moskvada hərbi parad keçirilib

Moskva, 9 may, AZƏRTAC

Moskvada Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Qızıl Meydanda keçirilən paradda Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib. Bu il paradda 13 min hərbçi iştirak edib, Qızıl Meydandan 130 adda hərbi texnika keçib. İlk dəfə olaraq yürüşə Sovet İttifaqı Marşalı G.K.Jukov adına Hava-Kosmik Müdafiə Hərbi Akademiyasının qadın hərbçilərindən ibarət bölmə də qatılıb. Hərbi texnika Böyük Vətən müharibəsi illərinin əfsanəvi “T-34” tankının ardınca meydana çıxıb. Bu il hava şəraiti üzündən Moskva paradında aviasiya texnikasının nümayişi ləğv olunub.

Rusiya Prezidenti Vladimir Putin paraddakı çıxışında Böyük Vətən müharibəsi haqqında həqiqətlərin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bir sıra ölkələrdə tarixin bilərəkdən saxtalaşdırıldığını, nasistlərə qulluq etmiş insanların bütləşdirildiyini qeyd edib. V.Putin deyib ki, müharibə veteranları dünyanın müxtəlif ölkələrində yaşasalar da, onların qəhrəmanlığını ayırmaq mümkün deyil. Prezident arxa cəbhənin əsgərlərinin qəhrəmanlığını da qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.