DÜNYA


Moskvada ictimai nəqliyyatda gediş haqqı artıb

Bakı, 1 fevral, AZƏRTAC

Moskvada fevralın 1-dən ictimai nəqliyyatda gediş haqqı orta hesabla 7 faiz artırılıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəhər nəqliyyatının bütün növlərində istifadə olunan vahid gediş biletinin qiyməti bir gediş üçün 40 rubldan 50 rubladək, iki gediş üçün isə 80 rubldan 100 rubladək artıb.

Qeyd edək ki, Moskvada ictimai nəqliyyatda gediş haqqı 2014-cü il iyunun 1-də artırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.