DÜNYA


Moskvada ilk dəfə günəş enerjisi ilə işləyən işıqfor quraşdırılıb

Bakı, 28 avqust, AZƏRTAC

Moskvada elektrik şəbəkəsindən asılı olmayan ilk işıqfor quraşdırılıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, işıqfor iki müstəqil enerji mənbəyi - elektrik enerjisini generasiya edərək onu akkumulyatora toplayan külək generatoru və günəş batareyası ilə işləyir. Akkumulyator hətta qışda yağışlı havada da doldurula bilər.

Paytaxtın Yol Hərəkətinin Təşkili Mərkəzinin rəhbəri Vadim Yuryev deyib ki, belə işıqforlar, ilk növbədə elektrik şəbəkələrinin sıxlığının xeyli aşağı olduğu "Yeni Moskva"nın rayonlarında quraşdırılacaq.

Onun sözlərinə görə, işıqforun xidmət xərcləri dəfələrlə aşağı olacaq. Belə qurğular büdcəyə on milyon rubl qənaət etməyə və bir çox insanın həyatını xilas etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.