DÜNYA


Moskvada ilk maşinistsiz tramvayın sınaqlarına başlanacaq

Moskva, 19 sentyabr, AZƏRTAC

Moskvada ilk maşinistsiz tramvayın sınaqlarına başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskva hökuməti Nəqliyyat Departamenti məlumat yayıb. Gələcəkdə maşinistsiz elektrik tramvayından şəhər nəqliyyatı kimi istifadə olunacaq.

Departamentdən bildirilib ki, sürücüsüz nəqliyyatdan daha geniş istifadə edilməsi nəzərdə tutulub. Belə ki, bu cür nəqliyyat növü bütün sutka ərzində işləyə, marşrut üzrə dəqiq hərəkət edə bilir. Bundan əlavə, sürücüsüz avtomobillər qəzaların baş verməsi ehtimalını minimuma endirir. Yol hərəkəti qaydalarının 70 faizinin sürücülərin təqsiri üzündən baş verdiyini nəzərə alsaq, sürücüsüz avtomobillər yol hərəkəti təhlükəsizliyini də artırır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.