DÜNYA


Moskvada sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib, ölənlər var VİDEO

Bakı, 5 may, AZƏRTAC

Moskvanın Şeremetyevo hava limanında “Moskva – Murmansk” reysi ilə hərəkət edən “Superjet 100” təyyarəsində eniş zamanı yanğın baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza enişi zamanı 13 nəfər ölüb.

Təyyarədə 72 sərnişin, 6 ekipaj üzvü olub.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

Sərnişinlər təxliyə edilib, hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.