DÜNYA


Moskvada sürücüsüz taksi “Matreşka”nı təqdim ediblər VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Yaxın vaxtlarda Moskva yollarında qeyri-adi “Matreşka” adlı taksilər paytaxt sakinlərinə təqdim olunacaq. Bu sürücüsüz uzaqdan idarə olunan elektromobillərdir. Rusiyanın paytaxtında pilot layihə artıq təqdim olunub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu avtomobillərin maksimal sürəti 30 kilometrdir. Hər bir avtomobildə qeydlər aparan kameralar var, bu taksi obyektləri tanıyıb, müəyyən edilmiş marşrut üzrə hərəkət edir. Sürücüsüz elektromobildən 12 nəfər sərnişin istifadə edə bilər.

Gələn ildən Rusiya “Matreşka” elektromobillərinin istehsalına başlayacaq, 2020-ci ildən isə bu taksilər şəhərdə fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.