DÜNYA


Moskvada temperatur 1901-ci ilin rekordunu qıracaq

Moskva, 21 iyun, AZƏRTAC

Moskvada görünməmiş istilər hökm sürür.

AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında havanın temperaturunun iqlim normasından 13-15 dərəcə artıq olacağı gözlənilir.

Mütəxəssislərin hesablamalarına görə, sonuncu dəfə Moskvada 34,7 dərəcə isti 1901-ci ildə qeydə alınıb. Yaxın iki gündə paytaxtda havanın hərarətinin 1901-ci ilin rekordunu qıracağı gözlənilir. Sinoptiklərin proqnozlarına görə, iyunun 22-də Moskvada termometrin civəsi 36 dərəcəyədək qalxacaq. İsti hava şəraiti iyunun 24-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.