DÜNYA


Moskvada üzən qəsəbələr və otellər tikiləcək

Moskva, 30 oktyabr, AZƏRTAC

“Houseboat” Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və otellər tikmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.

Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və otellər tikmək planlaşdırılır. Yaşayış üçün nəzərdə tutulmuş gəmilər – “houseboat”lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək. Bir qəsəbədə 13-30 üzən ev olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.