DÜNYA


Moskvada yanğın nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb

Bakı, 4 fevral, AZƏRTAC

Moskvanın mərkəzində yanğının baş verdiyi yerdə daha bir cəsəd aşkarlanıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bununla da həlak olanların sayı 7 nəfərə çatıb. Ölənlərdən biri yeniyetmədir.

Hadisə nəticəsində, həmçinin iki nəfərin ağır xəsarətlər aldığı, yaşayış binasının 42 sakininin isə təxliyə olunduğu bildirilir.

Xatırladaq ki, yanğın gecə saatlarında Nikitsk bulvarında yerləşən binada baş verib. Yeddimərtəbəli tarixi binanın dördüncü və beşinci mərtəbələrini bürüyən alov iki min kvadratmetr sahəyə yayılıb. Hadisə yerində yanğınsöndürənlər işləməkdə davam edir. Binanın bütünlüklə dağılması təhlükəsi mövcuddur.

İlkin məlumata əsasən, faciəyə elektrik avadanlıqlarında nasazlığın səbəb olduğu ehtimal edilir. Rusiya İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.