Moskvadakı 1520 nömrəli gimnaziyanın yaradılmasının 120 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir
AzerTAg.az
Moskva, 5 fevral (AZƏRTAC). Moskvada 1520 nömrəli gimnaziyasının 120 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Beynəlxalq Xeyirxahlıq Akademiyasının prezidenti Qriqori Pototski, Rusiyanın Xalq Artisti Yuri Kuklaçov və digər tanınmış şəxslər iştirak etmişlər. Yubiley şənliyində Moskva Şəhər Dumasının sədri Vladimir Platonovun təbrik məktubu oxunmuşdur.
Səfir Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, Rusiyanın bir çox tanınmış şəxsiyyətlərinin təhsil aldığı gimnaziyanın yaradıcısının xatirəsinin anılması mühüm hadisədir. Bildirilmişdir ki, tarixin nəsillərdən nəsillərə ötürülməsi olduqca əhəmiyyətlidir.
Rusiya paytaxtının bu qədim təhsil ocağında təhsil alanlar arasında V.Mayakovski adına teatrın baş rejissoru Andrey Qonçarov, Rusiyanın Xalq Artisti İrina Miroşniçenko, bəstəkar Maksim Dunayevski, kinorejissor Fyodor Bondarçuk, rəssam Aleksandr Messerer və başqaları vardır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var