DÜNYA


Moskvadakı Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək

Moskva, 27 noyabr, AZƏRTAC

Moskvada mənzil fondlarının yenilənməsi proqramı çərçivəsində Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək.

AZƏRTAC xəbər verir ki, Moskva Memarlıq və Şəhərsalma Komitəsinin sədri Yuliana Knyajevskaya bu barədə “Moskva” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, mənzil fondlarının yenilənməsi proqramının həyata keçirilməsi üçün 2019-cu ilin birinci yarısında keçmiş Çerkizov bazarı ərazisinin planlaşdırma layihəsi hazırlanacaq.

Məlumat üçün: 1990-cı illərin əvvəlindən 2009-cu ilə qədər fəaliyyətdə olmuş Çerkizov bazarı Moskvada iri əşya bazarı idi. Rusiya Miqrantlar Federasiyasının məlumatına görə, həmin bazarda 100 mindən çox insan çalışırdı. 2009-cu ildə Moskva hökumətinin qərarı ilə bu bazar ləğv edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.