DÜNYA


Moskvadan Tbilisiyə ilk birbaşa reys həyata keçirilib

Moskvadan Tbilisiyə ilk birbaşa reys həyata keçirilib

Moskva, 19 may, AZƏRTAC

Moskvanın “Vnukovo” hava limanından Tbilisiyə 2019-cu ildən sonra ilk birbaşa reys həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, uçuşu Rusiyanın “Azimut” aviaşirkəti yerinə yetirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Gürcüstan ilə aviasiya əlaqəsinin bərpası və viza rejiminin ləğvi barədə fərman imzalayıb. “Azimut” şirkəti mayın 16-da Moskva-Tbilisi-Moskva marşrutu üzrə uçuşlara icazə alıb.

İlk aviareysin sərnişinləri arasında Gürcüstanın “Sülh naminə həmrəylik” ictimai təşkilatının sədri Merab Çikaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti də olub. O, jurnalistlərə bildirib ki, Rusiyada 8 minə yaxın gürcü yaşayır. Birbaşa reyslər onların vətənə gediş-gəlişini asanlaşdıracaq.

Gürcüstanın “Georgian Airways” şirkəti isə mayın 20-dən başlayaraq Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar yerinə yetirəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.