DÜNYA


Mosulda İŞİD-in 300-ə yaxın yaraqlısı qalıb VİDEO

Bakı, 5 iyul, AZƏRTAC

Mosulun köhnə şəhər rayonu ərazisində İŞİD qruplaşmasının 300-ə yaxın yaraqlısı fəaliyyət göstərməkdə davam edir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şəhərin terrorçular tərəfindən nəzarət edilən zonası 500 kvadratmetrədək daralıb. Associated Press agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, köhnə şəhərdə döyüşlərin davam etməsinə baxmayaraq, İraqın Baş naziri Heydər əl-Abadi ordunu Mosulda böyük qələbə münasibətilə təbrik edib.

Mosul İŞİD-in İraqdakı son iri dayaq məntəqəsidir. Oktyabrın 17-dən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın təhlükəsizlik qüvvələri şəhərin terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparır. İraq komandanlığının məlumatına görə, Mosulun tam azad olunmasına sayılı günlər qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.