DÜNYA
Mosulda iki partlayış nəticəsində azı 15 nəfər ölüb
Bakı, 17 yanvar, AZƏRTAC
İraqın Mosul şəhərində İŞİD yaraqlıları tərəfindən törədilən iki partlayış nəticəsində azı 15 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident şəhərin şərqindəki Təl-Yəbəs rayonunda baş verib. Həlak olanların 14-nün dinc sakin, birinin isə İraq hərbçisi olduğu bildirilir. Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar keçən il oktyabrın 17-də başlayıb. 1,3 milyon əhalisi olan İraqın ən böyük ikinci şəhəri iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır. Hazırda hökumət qüvvələri şəhərin şərq hissəsinin 90 faizini ələ keçirib.
Əməliyyatın əvvəlindən bəri 150 minə yaxın sakin şəhəri tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]