CƏMİYYƏT
“Motivasiya əldə etməyin yolları” mövzusunda seminar keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Motivasiya əldə etməyin yolları” mövzusunda seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Günay Hüseynli seminarda motivasiya, onun faydası, gündəlik həyatda tətbiqi haqqında iştirakçılara ətraflı məlumat verib. Tədbirdə motivasiyanın insanların potensialını üzə çıxarmağına və inkişaf etdirməyinə, həmçinin özünəinamın formalaşmasına kömək etdiyi vurğulanıb.
Bundan başqa, iştirakçılarla mənfi və müsbət düşüncə haqqında müzakirələr aparılıb, sağlam qidalanmanın və idmanın insan enerjisinə müsbət təsirindən söhbət açılıb.
Seminar könüllülər tərəfindən böyük maraqla qarşılanıb.