CƏMİYYƏT


Motosikletlə narkotik vasitə daşıyan iki qardaş saxlanılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində motosikletlə narkotik vasitə daşıyan iki qardaş saxlanılıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, ötən gün saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü paytaxt sakini 1992-ci il təvəllüdlü Səmədli Siruz və onun qardaşı sərnişin qismində olan 1997-ci il təvəllüdlü Səmədli Xancan saxlanılıb.

Hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib. Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.

Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib və hazırda faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.