İDMAN


Mourinyo Rusiyaya xokkey matçına dəvət olunub

Bakı, 21 yanvar, AZƏRTAC 

İngiltərənin “Mançester Yunayted” futbol klubunun sabiq baş məşqçisi Joze Mourinyo “Bein Sports” telekanalının efirində Rusiyada xokkey matçına dəvət aldığını və bunu qəbul edəcəyini söyləyib.

AZƏRTAC “Newsru.com”a istinadla bildirir ki, hazırda 55 yaşlı məşqçi telekanalda mütəxəssis kimi çalışır. Matçın nə vaxt keçiriləcəyi və orada kimin oynayacağı barədə məlumat verilmir.

“İlk növbədə, burada üç həftəlik işimdən və əldə edilən təcrübədən razıyam. Mən, həmçinin Rusiyada xokkey matçına dəvət edilmişəm və orada iştirak edəcəyimə görə, xoşbəxtəm”, - Mourinyo əlavə edib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2018-ci il dekabrın 18-də “Mançester Yunayted” klubunun “Liverpul”a məğlubiyyətindən sonra (1:3) baş məşqçi postunu tərk edib. O, bu vəzifəyə 2016-cı il mayın 27-də gətirilib. Onun rəhbərliyi altında komanda İngiltərə Liqa kubokuna, İngiltərə Super kubokuna yiyələnib və Avropa Liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.