CƏMİYYƏT


Mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə və iş yerlərinin sayı azaldılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Milli Məclis Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204-ə qədər endirilib. Eyni zamanda, qadağan edilən bu peşə (vəzifə) və iş yerlərinin bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara aid olacaq. Nəticədə, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha da yaxınlaşması təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.