SİYASƏT


Mövlud Çavuşoğlu: Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı sənədin imzalanmasını məmnunluqla qarşılayırıq

Ankara, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından çox məmnunuq. Bu sənəd bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla birlikdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyəli nazir bildirib ki, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana nəzərdə tutulan səfəri çərçivəsində imzalanacaq sənədlər hər iki tərəf üçün önəmli olacaq.

Türkmənistan-Türkiyə münasibətlərinin inkişafının böyük əhəmiyyət daşıdığının ifadə edən xarici işlər naziri Rəşid Meredov bildirib ki, ikitərəfli əməkdaşlıq bütün sahələr üzrə davam edir.

Qeyd edilib ki, görüşdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. İqtisadiyyatın bütün istiqamətləri, eləcə də nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlıq imkanları aktualdır.

Nazirlər Türkiyə ilə Türkmənistan arasında 2021-2022-ci illərə dair əməkdaşlıq protokolu da imzalayıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.