SİYASƏT


Mövlud Çavuşoğlu: Azərbaycan münaqişəni diplomatik yolla həll etməyə səy göstərirdi, lakin hər dəfə Ermənistan atəşkəsi pozurdu

Bakı, 12 noyabr, AZƏRTAC 

Azərbaycan münaqişəni diplomatik yolla həll etməyə səy göstərirdi, lakin hər dəfə Ermənistan atəşkəsi pozurdu. Hər dəfə Ermənistanın atəşkəsi pozduğunun şahidi olmuşuq. Hər dəfə də Azərbaycanı atəşkəsə çağıran tərəflərə bizim bir cavabımız var: atəşkəs həll deyil, işğalın uzadılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 12-də keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, noyabrın 10-da imzalanmış bəyanata əsasən Azərbaycan torpaqları öz əzəli sahibinə geri veriləcək. Burada

Rusiyanın da rolunu yüksək qiymətləndiririk. Üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən Türkiyə də Rusiya ilə birlikdə sülhməramlı mərkəzdə iştirak edəcək. Bu prosesi yaxından izləyirik. Monitorinq mərkəzi atəşkəs pozulacağı təqdirdə buna nəzarət edəcək, hər hansı şikayət olduğu zaman araşdırılacaq, eyni zamanda, atəşkəsin pozulmasına qarşı tədbirlər görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.