SİYASƏT


Mövlud Çavuşoğlu: Dost da düşmən də bilsin ki, Can Azərbaycan heç vaxt yalnız deyil

Ankara, 8 avqust, AZƏRTAC

Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər. Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII səfirlər konfransının rəsmi açılışındakı çıxışında ifadə edib.

Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində başlayıb 44 gün davam edən Vətən müharibəsində Türkiyənin ölkəmizə verdiyi dəstəyi, ölkəsinin haqq və ədalətin yanında olduğunu, qəhrəman Azərbaycan Ordusunun rəşadətli Qələbə qazandığını xatırladan nazir bölgədə baş verən son hadisələrə də münasibət bildirərək deyib: “Biz Ermənistana xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.