SİYASƏT


Mövlud Çavuşoğlu: Ermənistan Türkiyənin barışıq cəhdlərini dəyərləndirə bilmir

 Mövlud Çavuşoğlu: Ermənistan Türkiyənin barışıq cəhdlərini dəyərləndirə bilmir

İstanbul, 8 sentyabr (AZƏRTAC). Anadolu Xəbər Agentliyinə müsahibə verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı qeyri-konstruktiv mövqe tutduğuna görə ittiham edib. Xarici işlər naziri bildirib ki, Ermənistan, erməni diaspor təşkilatları və bir sıra xarici qüvvələr uydurma “erməni soyqırımı” mövzusunu gündəmdə saxlamaqdadırlar. Türkiyənin barışıq cəhdlərinə baxmayaraq, Ermənistan 1915-ci il hadisələrinin yüzüncü ildünümünə ciddi hazırlaşır. Türkiyənin qarşılıqlı münasibətlərin qurulması cəhdlərini Ermənistanın lazımınca dəyərləndirmədiyini diqqətə çatdıran nazir bildirib ki, saxta “erməni soyqırımı” ilə bağlı qarşı tərəfin hərəkətləri diqqətlə izlənilir və onların addımlarına uyğun qərarlar qəbul olunur. “Tarixi proseslər bir tərəfin əsasız iddiaları ilə çözülə bilməz”, - deyən nazir bildirib ki, Ermənistan tərəfinin iddiaları əsasızdır və Türkiyə heç zaman saxta iddialarla barışmayacaqdır.

Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.aa.com.tr/tr/manset/385499--iraka-giden-silahlar-teror-orgutlerinin-eline-gecmemeli

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.