SİYASƏT
Mövlud Çavuşoğlu: Ermənistan uzun müddət Azərbaycanın sülh təklifinə cavab vermədi VİDEO

Ankara, 14 sentyabr, AZƏRTAC
İki gün əvvəl sərhəddə baş verən qarşıdurma bölgədəki vəziyyətin nə qədər həssas olduğunu göstərdi. Can Azərbaycan Ermənistana faydalı bir sülh anlaşması təklif edib. Ermənistan uzun müddət bu təklifə cavab vermədi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən nazir Mövlud Çavuşoğlu Ermənistan ilə normallaşma prosesinə dair atılan addımlardan bəhs edərək vurğulayıb ki, Ermənistan sülhə dəyər verirsə əhəmiyyətli addımlar atmalıdır.
Türkiyənin bundan sonra da Azərbaycanın yanında olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının tarixi missiyasından bəhs edərək təşkilata üzv ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığının, eləcə də fəal müzakirə olunan Orta Dəhlizin əhəmiyyətindən danışıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara