SİYASƏT


Mövlud Çavuşoğlu: Sabah səhər Azərbaycandan ölkəmizə daha bir heyət gələcək

İstanbul, 4 avqust, AZƏRTAC

Sabah səhər Azərbaycandan ölkəmizə on nəfərdən ibarət şəxsi heyət ilə daha bir təyyarə və 40 yanğınsöndürmə maşını ilə 150 yanğınsöndürən gələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı son məlumatında bildirib.

Azərbaycandan gələn ilk heyətin Muğlada davam edən yanğınların söndürülməsi istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdıran nazir Ukraynanın özəl bir şirkətindən icarəyə götürülən dörd təyyarənin İsparta hava limanına eniş etdiyini, İsraildən icarəyə götürülən daha iki təyyarənin də sabah ölkəyə gələcəyini diqqətə çatdırıb.

M.Çavuşoğlu yardımlarla bağlı Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Herseqovina, ABŞ, Kanada və Yaponiyadan yardım təkliflərinin gəldiyini bildirib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.