DÜNYA


Mövlud Çavuşoğlu Türk Şurasının Budapeşt ofisinin açılışında iştirak edəcək

Bakı, 18 sentyabr, AZƏRTAC 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Budapeşt ofisinin açılışında iştirak edəcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, cümə axşamı keçiriləcək açılış mərasimi ilə bağlı bəyanatı Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto yayıb.

Macarıstanlı nazirin sözlərinə görə, açılış mərasimində Türk Şurasının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətləri də iştirak edəcəklər. Bu ölkənin Baş Naziri Viktor Orban nümayəndə heyətlərini qəbul edəcək.

Bəyanatda bildirilir ki, “ofisin açılması Türk Şurası, Türk Akademiyası ilə Şurada müşahidəçi statusa malik olan Macarıstan arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm hadisə olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.