SİYASƏT


Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Bakı, 12 noyabr, AZƏRTAC 

Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq.

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 12-də keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, ATƏT-in Minsk qrupu proseslərdən nəticə çıxarmalıdır. Minsk qrupunun həmsədr ölkəsi Fransa birtərəfli mövqe tutur, hətta atəşkəsdən sonra da tərəfsizlik nümayiş etdirmir. Son razılaşmadan sonra da Fransa Ermənistanı dəstəkləyir, hətta Türkiyəni ittiham edir. Bundan sonrakı prosesdə heç bir ölkə haqsız şəkildə Ermənistanı dəstəkləyərək prosesi pozmağa çalışmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.