DÜNYA


Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir

Ankara, 3 mart, AZƏRTAC

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə səfər edib. Səfər çərçivəsində Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

İkitərəfli münasibətlər, birgə strateji layihələr, ticarət dövriyyəsi, eləcə də Qarabağın işğaldan azad edilməsindən sonra regionda sabitliyin qorunması kimi məsələləri müzakirə etdiklərini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə tərəfi Gürcüstan da daxil olmaqla, regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir. Türkiyə Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir. Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP layihələri ətrafında da müzakirələr aparılıb.

Gürcüstan-Azərbaycan-Türkiyə formatında məsələlərin də müzakirə olunduğunu diqqətə çatdıran nazir David Zalkaliani əminliklə deyib ki, münasibətlərin inkişafı Xəzər bölgəsində faydalı əməkdaşlıq üçün əhəmiyyətlidir. Strateji əməkdaşlıq istiqamətində müzakirələr apardıqlarını vurğulayan nazir bildirib ki, Gürcüstan ilə Türkiyə arasında ticarət dövriyyəsi bundan sonra da artacaq.

Nazirlər iki ölkə arasında əlaqələri və regional əməkdaşlığı yüksək dəyərləndirəriblər. Qeyd olunub ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin yaxın vaxtlarda Bakıda keçiriləcək üçtərəfli görüşündə regional əməkdaşlıq üçün faydalı müzakirələr aparılacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.