Mövlud Çavuşoğlu: Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib
AzerTAg.az

Bakı, 12 mart, AZƏRTAC
Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, zəlzələ bölgəsinə ümumilikdə 90 ölkədən 11300 heyət gəlib. “Artıq işlər bitdiyi üçün onlar ölkələrinə geri qayıtdı. Ən son Azərbaycandan gələn heyət qayıtdı. 32 səhra xəstəxanasından hazırda 12-si fəaliyyət göstərir”, - deyə M.Çavuşoğlu əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xəbərin mətnində orfoqrafik səhv var