DÜNYA


Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı bəzi təfərrüatları açıqlayıb

Bakı, 27 noyabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının cəsədinin musiqi sədaları altında hissələrə bölündüyünü hesab edir.

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, nazir bu barədə “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Mən səs yazılarını dinləmişəm. Onu 7 dəqiqə ərzində qətlə yetiriblər. Cinayət qəsdən törədilib... Səs yazısında aydın eşidilir ki, məhkəmə tibb eksperti digərlərinə cəsədi parçalayan zaman musiqiyə qulaq asmalı olduqlarını deyir”, - deyə Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini də deyib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik kompleksdən çıxarıldığını etiraf etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.