REGİONLAR
Mövsümə uyğun olmayan iqlim şəraiti heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır
Bakı, 12 fevral, AZƏRTAC
Qlobal istiləşmə, quraqlıq faktoru, ilk növbədə, heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricələrinə mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova "Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövsümə uyğun olmayan iqlim şəraiti heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır. “Belə ki, qansoran həşəratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur", - deyə S.Rüstəmova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]