İQTİSADİYYAT


Mövsümi aviareyslər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında turizmin inkişafını daha da sürətləndirəcək VİDEO

Bakı, 4 mart, Elvin Camalov, AZƏRTAC

Mövsümi aviareyslərin açılması Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizmin inkişafını daha da sürətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın fəaliyyəti olduqca səmərəlidir: “Birgə fəaliyyət iki ölkə arasındakı ticarət dövriyyəsinin artmasına və investisiya əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcək. Ölkələr arasındakı turizm əlaqələri də getdikcə inkişaf edir. Hava əlaqələrinin qurulması, mövsümi aviareyslərin açılması turizmin inkişafını daha da sürətləndirəcək. Bu sahədə ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.