MƏDƏNİYYƏT


Mövsümün ilk “Qağayı”sı

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sentyabrın 12-də erməni təxribatı nəticəsində şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mövsümün ilk böyük tamaşasından öncə çıxış edən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə yubiley mövsümündə qarşıda duran yaradıcılıq işləri, təqdim olunacaq tamaşalar və baş tutacaq səfərlər haqqında danışıb.

Teatrın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov isə çıxışında yeni təmirdən çıxmış teatr salonunda hər kəsi salamlayaraq, təmir-bərpa işlərindən sonra yeni texnoloji avanadlıqlar və səhnə texnikası ilə təchiz olunmuş teatrda bundan sonra daha gözəl tamaşaların ərsəyə gələcəyini bildirib. Nümayiş olunacaq səhnə əsəri haqqında məlumat verən N.Kazımovun sözlərinə görə Azərbaycan teatr tarixində ilk dəfə müraciət olunan “Qağayı”da tamaşaçılar teatrın tanınmış aktyorları ilə yanaşı, gənc və istedadlı aktyorlarını da görmək imkanı əldə edəcəklər.

Çıxışdan sonra tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya məxsusdur.

Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.