MƏDƏNİYYƏT


“Mövsümün sonu” filmi beynəlxalq festivala dəvət alıb

Bakı, 24 yanvar, AZƏRTAC

Rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filmi Rotterdam Beynəlxalq film festivalına (Niderland) dəvət alıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalı olan film festivalın “Bright Future” (“Parlaq gələcək”) proqramında mükafata namizəddir.

“Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb.

Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.