İDMAN


Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq

Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq

Bakı, 23 may, AZƏRTAC

Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Yurgen Klopp yarımmüdafiəçi Artur Melonun da klubdan gedəcəyini açıqlayıb.

Braziliyalı orta sahə oyunçusu mövsümün əvvəlində “Yuventus”dan icarəyə götürülsə də, həmin vaxtdan bəri komandanın heyətində cəmi 13 dəqiqə meydanda olub. “Yuventus” da Arturu saxlamaqda maraqlı deyil. Turin təmsilçisi yayda futbolçunu transferə çıxaracaq.

Qeyd edək ki, bunadək Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenin yayda “Liverpul”dan ayrılacağı açıqlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.