CƏMİYYƏT


“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnun təmin edilməsi, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasıya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Distant Bilik” müəssisəsinin, Təhsil və Səhiyyə nazirliklərinin birgə dəstəyi ilə müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnən uşaqların virtual mühitdə, sosial həyata adaptasiyasına şərait yaradılıb. Uşaqlar müalicə almaqla yanaşı, burada olduğu müddət ərzində təhsillərindən geri qalmır və məktəbdə keçdiyi mövzudan başlayaraq dərslərinə davam edirlər.

Uşaqların Bayraq Gününə aid hazırladığı maraqlı çıxışları, səsləndirdiyi mahnıları, gözəl rəqsləri tədbirə xüsusi rəng qatıb. Tədbirin sonunda xüsusi olaraq dəvət olunmuş qonaqlar tərəfindən uşaqların hər birinə maraqlı hədiyyələr təqdim olunub.

Layihəni müsbət qiymətləndirən qonaqlar tədbirin sonunda şagirdlər tərəfindən hazırlanan əl işləri ilə tanış olub və onlara dərslərində müvəffəqiyyətlər arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.