CƏMİYYƏT


Müalicəvi Diaqnostika Mərkəzində daha bir nadir əməliyyat uğurla nəticələnib

Bakı, 11 dekabr, AZƏRTAC

51 yaşlı kişi son 1-2 həftə ərzində meydana çıxan davranış pozuntuları və baş ağrıları şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Müayinələr zamanı xəstənin huşunun tədricən pozulması aşkar edilib. Çəkilmiş baş-beyin MRT-sində xəstənin beynində hər iki monro dəliyini tıxayan kista və hidrosefaliya aşkar edilib və o, huşun kəskin pozulması səbəbilə təcili əməliyyata alınıb.

RMDM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəzin neyrocərrahı Azər Əkbərov tərəfindən aparılan əməliyyat zamanı üçüncü mədəciyin kolloid kistası endoskopik üsulla xaric edilib. Cərrahi müdaxilədən dərhal sonra xəstənin huşu bərpa olub və o, 3 gün sonra nevrolojik defisit olmadan evə yazılıb.

Qeyd edək ki, beynin obstruktiv hidrosefaliyası həyat üçün çox təhlükəli problemdir. Xəstəliyin yaranma səbəbi beyin onurğa mayesinin dövr etdiyi yolların tutulmasıdır. Yetişkin insanın bədənində günlük 500-750 ml beyin onurğa mayesi əmələ gəlir. Tıxanma olduqda isə maye mədəciklərdə yığılır ki, bu da zamanında müdaxilə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.