Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi- Firəngiz Əlizadə

Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi- Firəngiz Əlizadə

Bakı, 28 may, AZƏRTAC

Hələ gənc yaşlarından Firəngiz Əlizadə özünü çox istedadlı musiqiçi kimi tanıdıb. Ona görə də Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, “UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. Mayın 28-i Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin ad günüdür.

AZƏRTAC xəbər verir ki, müəlliminin xeyir-duası ilə bəstəkarlıq yoluna qədəm qoyan F.Əlizadə hələ sovet dövründə yazdığı əsərləri ilə yaradıcılıq mühitinə yeni nəfəs gətirməsi ilə seçilib. Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan yeganə bəstəkardır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

"İntizar" operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir.

Bu opera, sözün əsl mənasında, musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrildi, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən bu əsər xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi böyük rəğbətlə qarşılanıb.

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin İdarə Heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra İdarə Heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" Beynəlxalq Musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin İttifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 76-cı baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Həkim-narkoloq: Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur

104 yaşlı amerikalı qadın dünyanın ən yaşlı paraşütçüsü olmaq istəyir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Dövlət ehtiyatlarına aid olan mallar hansı əsaslarla buraxıla bilər?

“Sabah” klubunun futbolçusuna 4 oyunluq cəza verilib

Moskvada Xalq artisti Fərəc Qarayevin 80 illik yubileyi qeyd olunacaq

® “AzerTelecom”un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech” mükafatına layiq görülüb

Sentyabrda 164,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb

Tahir Mirkişili: Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan verəcək

NİİM rəisi: Bakının avtomobil yollarında sıxlıqların azaldılması ilə bağlı təkliflər hazırlamışıq

Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Böyük Qayıdışın Zəngilan mərhələsi

“Çətinliklər: Zamanlar arasında naviqasiya” panel iclası keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat alıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 3 istiqamətdə təlim məşğələləri elan edir

ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib

“Qaratoxmaq qadın” tamaşasının premyerası olub

Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb

“Dantenin yubileyi” tamaşasının premyera tarixi açıqlanıb

Vətən müharibəsinin xronikası: 3 oktyabr

BŞTİ-yə ötən ay 27 min 990 müraciət daxil olub

Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir

Obyektiv mövqe

BDU və Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Agentlik sədri: Hədəfimiz təchizat dayanıqlılığının təmin edilməsi və kəskin qiymət artımının qarşısını almaqdır

® “Kapital Bank”da İT mütəxəssisləri üçün iş imkanı

Bulud hesablamaları mühitində gecikmələrin azaldılmasını təmin edən planlaşdırma modeli hazırlanıb

Nazir Rəşad Nəbiyev ICESCO-nun Baş direktoru ilə görüşüb

Dövlət ehtiyatları üzrə xərclər necə maliyyələşdiriləcək?

Şirvanda avqust-sentyabr ayları ərzində müxtəlif cinayət faktlarına görə 56 nəfər saxlanılıb VİDEO

Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı tərtib olunacaq

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Unudulmaz xatirələrin işığında…

Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

YARAT Müasir İncəsənət Məktəbinə ərizə qəbulu başlayır

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub

“Şahdağın etnomədəni birlikləri keçmiş və gələcək arasında” adlı kitab nəşr olunub

AQTİ Bakı və bir sıra rayonlar üzrə baytar həkim vakansiyası elan edir

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Şərqşünaslıq İnstitutunda hazırlanan kitab Toronto Universitetinin kitabxanasına hədiyyə edilib

Səbuhi Sadıqov: Dövlət ehtiyatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mövcud şəraitdən irəli gələn zərurətdir

AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edirlər

Lənkəranda yeni qaragilə sortları yetişdirilir - əsas hədəf Rusiya bazarına çıxmaqdır FOTO

Sənayenin inkişafı üçün kosmosun kəşfi vacibdir

Xaçmazda narkotik satan dəstə üzvləri saxlanılıblar VİDEO

Rusiyanın bir çox aerokosmik şirkətləri yeniliklər etmək niyyətindədir

Kanadada “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı keçirilib - FOTO

Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Milli Məclisdə “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirə olunur

Bahar Muradova: Zorakılıqdan əziyyət çəkən qadınlara pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı öz yaşanmamız var

Xaçmazda dəmir yolu üzərində yeni yerüstü piyada keçidləri inşa olunub

Gəncə şəhərinin daxili yollarının təmiri işləri icra olunur

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

Nazir Məcnun Məmmədov Dohada Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb

Şəki-Zaqatala bölgəsi üzrə məktəbəhazırlıq qruplarına 5719 uşaq cəlb olunub

Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Yun Sok Yola

Respublika Gənclər Kitabxanası “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində videomaterial hazırlayıb

74-cü Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir

Tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu mövzusunda konfrans işə başlayıb

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür

Oktyabrın 5-i axşamadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Avstriya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub

İcma: ABŞ Konqresinin bir qrup üzvünün Prezident Baydenə qərəzli məktubunu sərt şəkildə qınayırıq

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub, 13 nəfər xilas edilib

Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı

İƏT-in Baş katibi: Kənd təsərrüfatının inkişafı yoxsul ölkələrdə aclıq təhlükəsini aradan qaldıracaq

Meksika səfiri: Azad olunmuş ərazilərdə bərpa-təmir işləri iki ölkə arasında baş tuta biləcək əməkdaşlığın digər bir sahəsidir

Türkiyənin gənclər və idman nazirinin müavini Fərid Qayıbovla görüşüb

Oyuncaqların təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib

Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub

NİİM rəisi: Bakıda yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır – MÜSAHİBƏ

Azərbaycan idmançılarının növbəti reytinq cədvəli açıqlanıb

Beş yüzə yaxın gənc təlimlərə cəlb olunub

Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı fənlər üzrə işçi qruplarının iclası keçirilib

Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələrinə sosial islahatlar haqqında məlumat verilib

Sentyabrda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,9 faiz artıb

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub VİDEO

Göyçayda narkokuryer saxlanılıb, ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Xəzər rayonunda yanğın baş verən binada bir nəfərin meyiti tapılıb

Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir

Ukrayna nəşrində Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqalə dərc olunub

Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub

Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib

Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib

ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

“Miras” İctimai Birliyinin üzvləri PİCASP layihəsi çərçivəsində Vilnüs şəhərində görüşlərdə iştirak edib

Serbiya Kosovo ilə sərhəddə hərbçilərin sayını azaldıb

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib

AMADA-nın şöbə müdiri “Antidoping Konvensiyası”nın Monitorinq qrupunun iclasında iştirak edib

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir