MƏDƏNİYYƏT
“Müasir Azərbaycan ədəbiyyatı” kitabı Monteneqro dilində çapdan çıxıb
Bakı, 16 iyun, AZƏRTAC
“Nizami Gəncəvi İli" münasibətilə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, mərkəzin üzvü, publisist Bojidar Proroçiç, tənqidçi Diyana Tiganyin həmmüəllifliyi ilə “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycanın ədəbi nümayəndələri – Anar Rzayev, Çingiz Abdullayev, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi, Müşfiq Xan, Nürəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal Qarahanlı, Rəşad Məcid, Qulu Ağsəs, Səlim Babullaoğlu, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət Rüstəmov, Fərid Hüseyn, Şəhriyar Del Geraninin əsərləri və şerləri Monteneqro dilində dərc edilib.
Kitab Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi, Çetinye şəhər bələdiyyəsi, Monteneqro Mədəniyyət Forumunun və Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]