Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Müasir Azərbaycan romanlarında soyqırımının təsviri - məqalə

Müasir Azərbaycan romanlarında soyqırımının təsviri -  məqalə

Bakı, 29 mart, AZƏRTAC

Erməni cəmiyyətində azərbaycanlı və türklərə qarşı nifrətin dalğavari şəkildə bir neçə dəfə artması, soydaşlarımıza qarşı soyqırımı aktlarının törədilməsi tarixin silinməz qanlı səhifələridir. Erməni faşizminin vaxtaşırı fəallaşmasının kökləri və nəticələri müasir Azərbaycan romanlarında geniş təhlil obyektinə çevrilib. Yazarların diqqətini sosial varlığın müxtəlif tərəfləri və nöqsanları maraqlandırır: sosial ədalətsizlik və bərabərsizlik, Azərbaycanın tarixi keçmişi və perspektivləri, milli şüurun durumu, torpaqlarımızın ermənilər tərəfindən işğalı, Qarabağ müharibəsinin əzabları, qaçqınlıq həyatı, onun problemləri və sair. Qələm sahibləri həyat hadisələrini əhatəli planda və böyük lövhələrdə əks etdirmək gücündə olan romanlar vasitəsilə soydaşlarını tarixi hadisələrdən dərs götürməyə sövq edirlər. XX əsrin əvvəlləri və ortalarında ermənilər tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi məqsədilə törədilən cinayətkar əməlləri təsvir edən qələm sahibləri bizləri gələcəkdə bu cür qanlı tarixi hadisələri unutmamağa çağırır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Müasir Azərbaycan romanlarında soyqırımının təsviri” adlı məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

“Qara qan” romanında (Fazil Güney) tarixi faktların xatırlandığını müşahidə edirik: “…bizim əsrin əvvəllərində dünyada təbəddülat başlayanda dediyiniz o əclaflar nələr etmişlər? 1915-ci ildə Türkiyənin şimalında etnik təmizləmə apararaq qadınları, uşaqları tonqallarda yandırmışlar. 1905-1907-ci illərdə elə bu Qarabağda, Zəngəzurda, 1918-ci ilin martında Bakıda, yenə Zəngəzurda, Şamaxı və Qubada dinc əhalini kəsib doğramışlar, məscidə yığıb yandırmışlar”.

Əlibala Hacızadənin “Möcüzə” romanında qısaca da olsa tarixi hadisələrin nəzərdən keçirilməsi və erməni millətçilərinin tarix boyu törətdikləri faciələrin xatırlanması da diqqətəlayiqdır. Əsərdə erməni millətçilərinin tarixi keçmişdə azərbaycanlılara qarşı törətdikləri soyqırımılar ürəkağrısı ilə xatırlanır. Müəllif baş vermiş olayları əsərin qəhrəmanı azərbaycanlı qızı Leylanın dili ilə verməyə nail olur: “Beşinci ildə, on səkkizinci ildə, nə bilim daha sonralar, bizim yurdumuza su calayanlar, torpaqlarımızı qarış-qarış alanlar, günahsız körpələrimizi süngüyə keçirənlər, adamların kürəyinə yanar samovar bağlayanlar kim idilər? Onlar erməni deyildilərmi. Yoxsa yenə deyəcəksən ki, o ermənilərin bu ermənilərə nə dəxli var?” Maraqlıdır ki, yazıçı erməni millətçilərinin tarix boyu dəfələrlə azərbaycanlılara qarşı vəhşi və cinayətkar hərəkətlərə yol verməsinin səbəbini, belə tendensiyanın uzun illər ərzində qorunub saxlanılmasının səbəblərinin işıqlandırılmasına cəhd edir. Müəllif bunu ermənilər arasında mövcud tərbiyə sistemi ilə əlaqələndirir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ müharibəsi və erməni təcavüzü mövzusunda qələmə alınmış əsərlərdə erməni işğalçısı surətinin verilməsi, həmçinin bu surətə xas səciyyələrin təhlil edilməsi xüsusi maraq doğurur.

Müasir Azərbaycan ədəbiyyatında romanların əksər qismində təsvir olunan erməni işğalçılarının millətimiz arasında böyüdüyü, bizim adət-ənənələr və mentalitetimiz ilə tanış olması diqqəti cəlb edir. Qələmə alınmış əsərlərdə həmin ermənilər məharətlə maskalanmış “mehriban”, “şirindil”, “yazıq görkəmli” və tipik surətlərdə təsvir olunur.

Anarın “Ağ qoç, qara qoç” romanında XX əsrin sonunda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının zəbt edilməsi ilə yanaşı, 1918-ci il hadisələri işıqlandırılıb, bu tarixdə baş vermiş qanlı qırğına münasibət də əksini tapıb. Müəllif yazır: “Haçansa “26-lar bağı” adlanan bu yerdə 1918-ci ilin mart günlərində minlərlə azərbaycanlını qırmışdılar”.

Elçin Mehrəliyevin “Doxsanıncı illər” romanında XX əsrin əvvəllərində ermənilərin Bakıda törətdikləri fitnə-fəsad, azərbaycanlılara qarşı soyqırımı da əsərin süjet xəttində ətraflı şəkildə əksini tapır: “Və elə indiki kimi ara birdən-birə qarışdı, elə bil hökumət-zad yox idi, bir tərəfdən ermənilər, o biri tərəfdən qaçaq-quldur adamları qırıb-çatmağa, var-dövlətlərini ələ keçirməyə başladılar. Kim kimi öldürürdü qanı batırdı. Deyirdilər ki, Bakıda qan su yerinə axır, Qubada, Şamaxıda, Hacıqabulda kəndlər dağıdılır, adamlar məhv edilir. Amma Qəmzəgil tərəflərdə hələ sakitlik idi, Əziz bəy silahlı dəstə düzəltdiyindən gücündən qorxub çəkinirdilər. Andranikin Gorusdan Şuşaya keçəcəyi barədəki xəbər yayılanda bu tərəflərdəki əlaltıları da fəallaşdılar, baş qatmaq üçün əl-qol açıb orda-burda təxribatlar törətməyə başladılar. Məqsəd düşmən ordusunun Zəngəzurdan Qarabağa yeriməsinə əlverişli şərait yaratmaq idi”. Müəllif tərəfindən Qəmzə Abbas qızının vasitəsilə tarixi faktların xatırlanması, ermənilərin tarix boyu törətdikləri vəhşiliklərin yaddan çıxmaması da əsərdə diqqətimizə çatdırılır: “Qəmzə Abbas qızı belə fikirləşdikcə uzaq keçmişin dumanlı xatirələri başında dolaşır, quduz Andranikin quldur dəstəsinin yandırıb külə döndərdiyi kəndlər, törətdiyi insan qırğınları - görünməmiş işgəncələrlə qətlə yetirilmiş uşaq, qoca, qız, gəlinin təhqir edilərək müdhiş görkəmə salınmış cəsədləri təkrar-təkrar gözləri qarşısında canlanırdı…”

Elza Mollayeva “Əsir ürəklərin fəryadı” romanında erməni cəmiyyətində qatı millətçiliyin dərin köklər buraxmasını, onların milli şüurunda şovinist dəyərlərin hökmranlıq etməsini qana susamış və insanlıqdan uzaqlaşmış sadə erməni qadınının hərəkətləri ilə açıqlayır: “Əlindəki daşı qəzəblə yerə çırpan erməni gəlini əsirlərə tərəf tüpürdü: “Ananız vayınıza otursun, sizi görüm qan qusasınız, türk köpək uşaqları!.. Samvel, ver onlardan birini mənə, qanını içim…” Şovinist millətçiliyin mənəviyyatsızlığını açıqlayan müəllif erməni cəmiyyətində uzun illər ərzində dərin mənəvi böhranın yayılması probleminə diqqət yetirir.

Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı apardıqları müharibədə uğradıqları məğlubiyyətlə barışmadıqları və azərbaycanlılara qarşı kinlə böyüdükləri, qisas hissi ilə yaşadıqları Mahirə Abdullanın “Əvvəl axır” əsərində qələmə alınaraq oxucuya çatdırılır. Əsərdə Aronun dili ilə ermənilərin milli şüurunda türklər və azərbaycanlılara qarşı nifrətin artıq dərin kök buraxması açıqlanır. Təqdirəlayıq haldır ki, müasir romançılar erməni millətçiliyinin “varisliyi” faktını qeyd etməklə yanaşı, bu sindromun dərin köklərini işıqlandırırlar.

Müasir Azərbaycan romanlarında erməni millətçiliyinin aqressiv xarakter alması erməni millətinin tarixi ilə əlaqələndirilir. Belə ki, tarixi Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin milli şüurunda qorxu kompleksi kök buraxmışdır. Ermənistanın rəsmi sənədlərini və dövlət xadimlərinin çıxışlarını nəzərdən keçirsək, görmək olar ki, ermənilər azərbaycanlılar və türklərdən vahimələnirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olması onlarda daimi qorxu hissi törədir, zəbt etdikləri torpaqların əsl sahiblərinə qarşı nifrət hissi yaradır. Ermənilərin nifrəti Əli Əmirlinin “Ölü doğan şəhər” romanındakı Aşotun dili ilə yığcam və aydın təsvir edilib: “Ara, türk köpəy oğlu, sən bizi hərif bilmisən? Yəni sən axmaq musurman bizim torpağımızı, evimizi bizə satıb gedib kep eləmək istəyirsən? Sora deyəsən ki, erməni Aşotun anasını belə… bizdə türk öldürmək şərəf işidi. Təmizləməliyik bu torpaqları onlardan, nə qədər ki, yayılmayıblar qovmalıyıq hamısını”.

Qeyd etmək istərdim ki, Azərbaycan xalqına qarşı soyqırımları əks etdirən yazarlar əsirlik problemindən yan keçməyiblər. Erməni əsirliyinə düşmüş azərbaycanlılara qarşı qeyri-insani münasibətlər və törədilən qəddar əməllər, əsirlərin bədən hissələrinin donor qismində satılması Azərbaycan yazıçılarını düşündürməyə bilməzdi. Qeyd etmək lazımdır ki, erməni əsirliyi ilə əlaqəli romanlarda işıqlandırılmış faktların əksər hissəsi reallığa əsaslanır. Məsələn, Nüşabə Məmmədlinin “Zəngulə” əsərində Qarabağ münaqişəsi zamanı erməni əsirliyinə düşmüş azərbaycanlıların əsirlikdə saxlanılmasının real təsvir edilməsi diqqəti cəlb edir. Erməni millətçilərinə əsir düşmüş azərbaycanlıların Xankəndi yaxınlığında bir tövlədə yerləşdirilmələri, qız-gəlinlərimizin onların əllərində oyuncağa çevrilmələri ürək ağrısı ilə əsərdə öz əksini tapıb.

Roman müəllifləri qaçqınlıq probleminə də biganə qalmayıblar. Məhz ermənilərin ərazi iddiaları öz doğma torpaqlarından yüz minlərlə azərbaycanlıların məcburi qaçqın və köçkün düşməsi ilə nəticələnməsi, qaçqınlığın Azərbaycanın ictimai-siyasi durumuna təsiri müasir milli romançılığımızda geniş əks etdirilib.

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların təsviri zamanı yazarlar qlobal problemə çevrilmiş terrorçuluğun təsvirinə də geniş yer verirlər. Müasir cəmiyyətdə zorakılığın ən dəhşətli təzahürlərindən biri məhz terrorçuluqdur. Azərbaycan terrorçuluğun ağırlığını artıq öz üzərində hiss etmişdir. Erməni terrorçuluğunun Azərbaycan və Türkiyəni hədəf seçməsi danılmaz, dəhşətli tarixi faktlardan biridir. Regionda erməni terrorçuluğunun geniş yayılmasını nəzərə alan Xalq yazıçısı Anar “Ağ qoç, qara qoç” əsərində mövcud terrorçu və ekstremist təşkilatların mahiyyətini açıqlamağa cəhd edib. Anarın əsas tezisi terrorçuluğun milli mənsubiyyətinin olmamasından ibarətdır. Terrorçuluğun mənəviyyatsızlığı onların hər hansı milli ənənələrə və dəyərlərə arxalanmasına imkan vermir. Terrorçular üzv olduqları təşkilatdan fərqli olmayaraq cinayətkardılar.

Sonda qeyd etmək olar ki, müasir Azərbaycan romanlarında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların təsvirində ədiblər qarşılarına qoyduqları ədəbi məqsədlərə nail olublar. Janr inkişafı və məzmun baxımından əhəmiyyət kəsb edən, hadisələrin gedişatı, obrazların hərəkətləri və düşüncələri vasitəsilə öz dövrünün gerçəkliyini bədii dillə əks etdirən əsərlər yaradılıb və oxuculara çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir