Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Müasir Azərbaycan: xaosdan sabitliyə

Müasir Azərbaycan: xaosdan sabitliyə

Bakı, 14 iyun, AZƏRTAC

Bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanlarımızı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Bu məqam hər şey və Azərbaycanın taleyi demək idi. Artıq Gəncədə qardaş qanı tökülmüş və cəmiyyət demək olar ki, vətəndaş müharibəsinə sürüklənmişdi. O vaxtkı iqtidarın və siyasi yönətimin böyük səhvləri səbəbindən 4 iyundan başlayaraq, ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri də cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Hər hansı qeyri-düzgün qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. İnsanlarımızın azadlıq arzusu və istəkləri yarı yoldaca qırılıb qala bilərdi. Bir sıra daxili və xarici düşmən qüvvələrin dağıdıcı nəzərləri Azərbaycana dikilmişdi. Yeni yaranmış gərgin siyasi şəraitdə həmin qüvvələr Cənub Qafqaz regionundakı maraqlarını perspektivi böyük olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün artıq münbit ictimai-siyasi zəmin də hazırlanmışdı. Ancaq xalq bu təhlükələri vaxtında duyaraq çətin situasiyadan, ağır imtahandan maneələri yararaq alnı açıq çıxdı. Millət öz düşüncəsi, ağlı ilə hərəkət istiqamətini – xaosdan sabitliyə aparan yolu seçdi. Uzun illər Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmiş, bununla yanaşı, özü də dünya şöhrəti qazanmış böyük siyasətçi Heydər Əliyevə üz tutdu… Bu, mürəkkəb, təhlükəli proseslərdən görünən ən optimal çıxış variantı, alternativsiz seçim idi. Sonrakı hadisələr də göstərdi ki, xalqın bu seçimdə qətiyyətliliyi, iradəsi, yenidən öz unudulmaz rəhbərinə sədaqət nümayiş etdirməsi, onun müdrikliyinə tapınması ümumilikdə Azərbaycan dövlətçiliyinin xilası kimi həyati məna kəsb edən bir missiyanı şərtləndirmişdir.

1993-cü ilin 15 iyununa qədərki hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasını, dövlət idərəçiliyində boşluğun hökm sürdüyünü sübut edirdi. Yuxarı rəhbərlik eşalonunda tez-tez dəyişən səriştəsiz kadrların başı kürsü davasına qarışdığından dövlətin müdafiəsi və idarə olunması məsələsi tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə sosial-siyasi dayaqları sarsılmışdı. Orduda kök salmış korrupsiya, dövlət əmlakının dağıdılması iqtisadiyyata ciddi zərbələr vururdu.

Tarixi 15 iyundan sonra respublikanın ictimai-siyasi həyatında bir canlanma, dövələtçilikdə böyük quruculuğun əsasları müəyyənləşməyə başladı və bu proses sonrakı illər ərzində davamlı surətdə bir-birini əvəzləyən uğurlarla müşayiət olundu. Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla həyati dönüşə başlamağın mümkünlüyünü yəqinləşdirərək bu işdə böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xətində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın reabilitasiyasına yönəldildi. Böyük Qurtuluşdan dərhal sonra xalqın lideri daxili vəziyyətin stabilləşməsinin qayğısına qaldı. Vətəndaşların rahat gün-güzəranına qənim kəsilmiş, yenicə təşəkkül tapan milli dövlətçiliyin möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan qanunsuz silahlı dəstələr zərərləşdirildi, ictimai asayiş bərpa olundu. Şübhəsiz, bütün bunlar gərgin zəhmətlər bahasına başa gəldi. Sonralar da qanunla hesablaşmaq istəməyən iddiası özündən böyük olan bu qüvvələr iki dəfə – 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etdilər. Lakin yenə də Heydər Əliyevin və xalqın birləşmiş böyük iradəsi hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə cidd-cəhdlə səy göstərənlərin yaratdığı təhlükələrə üstün gəldi. Bununla da cəmiyyətimizin həyatı yenidən təbii axara düşdü. 1994-cü ildən isə cəbhə xətində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Müharibədən hər evə, ailəyə yerikləyən göz yaşı, qan izi kəsildi. Millət fasiləsiz hüzndən ayrılıb gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha gerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü salınmışdı.

Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu quruculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələri görünməyə, dünyanın qabaqcıl strukturları ilə əlaqələr qurulmağa start verildi.

Ölkənin inkişafı, dünya birliyində özü barədə formalaşdırdığı sülhsevər, demokratik imic, bir sözlə, bütün tarixi nailiyyətlərimiz öz mənbəyini Milli Qurtuluş Günü kimi tarixə düşən Heydər Əliyevin ali hakimiyyətə qayıdışı hadisəsindən götürmüşdür. İndi xalqın taleyində şərəfli yer tutan həmin tarixdən 26 illik müddət ötür. Azərbaycan qabaqcıl Avropa dövlətləri cərgəsində özünə layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və xalqın həmrəyliyi kontekstində ölkəmizin inkişaf edən dünyanın harmoniyası ilə, demokratik dəyərlərə uyğun olaraq yaşaması ideologiyasının möhkəm əsaslarını yaratmışdır. İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda gedən reabilitasiya işləri elə uğurla və sistematik şəkildə aparılmışdır (və davam edir!) ki, xalq bütün istiqamətlərdə potensialını bütövlükdə ortaya qoymaq imkanı qazana bilmişdir. Həm də bu proseslərin təkcə normal axarda getməsi təmin olunmaqla bitməmiş, dövlət, eyni zamanda, kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata keçirilməsini himayə etməyə də özündə güc tapmışdır.

Azərbaycanda Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyin inkişafı və möhkəmlənməsi ideyalarının özəyini təşkil edən demokratiya, ədalət və humanizm prinsipləri keçid dövründən normal qismən az itkilərlə ötüşməyin, vətəndaş cəmiyyəti yaradılmasını ümumi quruculuğun tərkib hissəsinə çevirməyin bir növ səbəbkarı olmuşdur. Böyük öndərimiz insan hüquq və azadlıqlarının təminatının Azərbaycanda demokratik, hüquqi dövlət quruluşunun əsas strateji amillərindən biri hesab etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir. Bu amil isə dünyanın həlledici siyasi dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə yanaşı xüsusilə mühüm rol oynamışdır.

Ümumilikdə tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırırdı. Qurtuluş geniş anlamda, xarakterinə görə, bütövlükdə xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı (gələcəyi) ilə bağlı problemləri özündə ehtiva edirdi.

Qurtuluş gününün Azərbaycan cəmiyyətinə verdiyi töhfələr indi zaman keçdikcə daha dərindən dərk olunur. Ən böyük nailiyyətlərdən biri odur ki, Heydər Əliyevin qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur “Əsrin müqaviləsi” kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. Belə bir siyasətin sayəsində iqtisadiyyatımızın daha yüksək formada təkamülünü həyata keçirmək nəticə etibarilə Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter almasına güclü təsir göstərdi. İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən amillərdən olan ilk Konstitusiya qəbul edildi. Daxili, eyni zamanda, xarici arenada cəmiyyətin həyatında həqiqi azadlıq ab-havasının görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.

Cəmiyyətin və dövlətçiliyin vəziyyətinin ayrı-ayrı məqamlarına nəzər yetirərkən aydınca görünür ki, ötən 11 illik quruculuq mərhələsində Azərbaycanın keçdiyi təcrübə məhz Ümummilli Liderin ideyalarına söykənən effektiv xarici siyasət, müharibənin dayandırılması, sülhə nail olunması, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurulması istiqamətində davamlı siyasətin yürüdülməsi prosesi üzərində qazanılmışdır…

Ulu öndər Heydər Əliyev dövlətin və xalqın müasir vəziyyətinin mürəkkəbliyini vaxtında qiymətləndirərək quruculuq, xilaskarlıq missiyasına belə bir məsuliyyətlə, milli təəssübkeşlik hissi ilə başlamışdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kimin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Əslində Ümummilli Liderin belə bir milli ideologiyaya bağlı strateji əhəmiyyətli siyasi xətt götürməsi həqiqətdə sonrakı illərdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın suverenliyinə və inkişafına dönməz xarakter verdi. Məhz bu ideologiya yeniləşmiş Azərbaycanı dövlətçilik ənənələri, milli xüsusiyyətləri və bütün tarixi nailiyyətləri ilə birgə dünyada siyasəti, iqtisadiyyatı sərbəst olan ölkə kimi tanıtdı, qoruyub saxlanmasını təmin etdi. Bu gün bizim ölkədə milliyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, bəlalardan qurtardığı, siyasəti də, iqtisadiyyatı da sərbəst olan müasir Azərbaycanın demokratiyasından, uğurlarından, təbii ehtiyatlarından kifayət qədər normal səviyyədə faydalana bilir.

Dəyanət Osmanlı

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir