CƏMİYYƏT


Müasir Azərbaycanda sosial medianın inkişaf yolu

Bakı, 17 oktyabr, AZƏRTAC

Yeni media kütləvi informasiya vasitələrinin mövcudluğunun yeni forması olub, istifadəçilərin rəqəmsal qurğularda məzmunun yaradılması və yayılması zamanı fəal olmaq imkanı yaradan, habelə yeni çıxan texnologiyalar, onların istifadəsi və eyni zamanda, köhnə texnologiyalar üçün inkişaf etdirilən yeni üsullar deməkdir. Yeni media dedikdə (yeni mühit, yeni vasitələr, yeni məcralar), kompüterlərin əməliyyat gücü olmadan yaradıla bilməyəcək və ya istifadə edilə bilməyəcək mühitlər nəzərdə tutulur. Ümumiyyətlə, yeni media dicital olmaqla istifadəçisinə və ya hədəf kütləsinə qarşılıqlı təsir imkanını təmin edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənovun “Müasir Azərbaycanda sosial medianın inkişaf yolu” adlı məqaləsi bu məsələlərdən bəhs edir. AZƏRTAC məqaləni təqdim edir.

Yeni media olaraq sayıla biləcək elementlər mübahisəli olsa da, aşağıdakılar əksəriyyətlə bu terminə daxil olur: Kompüter oyunları, virtual həqiqət mühitləri, multimedia (çoxmühitli: səs, video, interaktiv platformalar, animasiya), DVD və CD-ROM-lar, proqram, vebsaytlar (bloqlar, vikilər də daxil olmaqla), elektron məktub, elektron kiosklar, interaktiv televiziya, mobil media, podcast, hypertext ədəbiyyatı, bloq.

Sosial media sosial ünsiyyət və paylaşma üçündür, o, daha əlçatan və miqyaslı texnikalardan istifadə edir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Andreas Kaplan və Maykl Haenlein sosial medianı belə təsvir edirlər: “Sosial media ideoloji və texnoloji veb 2.0 üsulları ilə istifadəçi tərəfindən məzmunun yaradılması və paylaşımını nəzərdə tutan internet əsaslı tətbiqetmələrdir. Biznesmenlər isə sosial medianı istehlakçı tərəfindən yaradılan media adlandırırlar.

Sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikrobloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.

Qəzet, radio və televiziya kimi ənənəvi media elementləri 75 il əvvəl yeni ünsiyyət vasitəsi idisə, artıq Tvitter, Facebook, Foursquare və Youtube kimi sosial media ünsiyyət vasitələri yeni kommunikasiya üsullarıdır.

“Global Web Index”in əldə etdiyi dataya əsasən hazırlanan 2016-cı il hesabatına görə, dünyada 3,419 milyard insan internetə qoşulur, 2,307 milyard istifadəçi fəal şəkildə sosial mediada iştirak edir. 3,790 milyard mobil cihaz istifadəçisinin 1,968 milyardı isə sosial mediaya mobil cihazlarla qoşulur. Sosial media istifadəçilərinin böyük hissəsinin mobil cihazlarla qoşulması 2016-cı ilin və sonrakı illərin mobil erası olmasından xəbər verir.

Sosial media konsepsiyası son vaxtlar yaranmasına baxmayaraq, kütlələr tərəfindən asanlıqla qəbul edilib. Bilik hər bir inkişaf etməkdə olan texnoloji hadisənin dərhal qəbul edilməsini tələb edir. Eynilə texnoloji inkişaflar kimi, sosial media və virtual inkişaflar fərdlər tərəfindən tez qəbul olunur. Amma həyat tərzinin tez-tez və birdən-birə dəyişməsi özlüyündə bir çox fərdi və sosial problemlər gətirir. Fərdi problemlərin ən çox vacibliyi onların nəzarət edilə bilməyən olmasıdır.

Texnologiyanın inkişafı ilə yanaşı, insanların həyata baxışı da dəyişir, xüsusilə də internetdən istifadə etmək, məlumatlara asanlıqla daxil olmaq şansı insanların həyatını yaxşılaşdırmaqla o qədər də korlayır. Sosial medianın zərərləri aşağıdakı kimi ümumiləşdirilə bilər:

Sosial media qeybət və həyata müdaxiləni artırır.

Xəyanətin ölçüsünü genişləndirir. (Ekran qədər dar, lakin dünya kimi geniş).

Sosial media üzsüzlüyü artırır. Orada başqa birisi ola bilərsiniz.

Başqası ilə üz-üzə danışarkən deyə bilməyəcəyiniz hər şeyi asanlıqla söyləyə bilərsiniz.

Tədbiri əldən buraxırsınız. Heç vaxt ayrı yerdə verə bilməyəcəyiniz məlumatları verirsiniz. Yeni cinayətlər yaranır.

Populyarlıq artdıqca yoldaşların, izləyənlərin sayı da artır. Say artırsa yalançı qəhrəmanlar formalaşır.

Üz-üzə ünsiyyət azalır və təklik artır.

Sosial media asılılığı xəstəliyə çevrilib.

Bu, kütlələri yığan və böyük ictimai tədbirləri təşkil edən bir platformaya çevrilib.

İş yerində işçilərin hüzurunun pozulması, şirkət məlumatlarının paylaşılması kimi yeni risklər yaranıb.

Əlbəttə ki, sosial medianın faydaları da var:

Sosial media bir çox iş növünün yaranmasına kömək edib və bir çox işsiz üçün məşğulluq təmin edib.

Çox sürətli bir rabitə qaynağı olduğundan bahalı olmadan və asan girişlə məlumat və xəbər alışını təmin edir.

Sosial media sayəsində hər bir sahədə insanların səsi eşidilir və sosial layihələr böyük səs gətirir.

Hər cür məlumatı anında əldə etmək imkanı var.

Qohumlar və dostlar ilə ünsiyyət çox asan oldu.

Elektron ticarət sistemi inkişaf etdirilib və insanlar onlayn alış-verişə başlayıblar.

Kütləvi ünsiyyətdə fəal rol oynayan ənənəvi kütləvi informasiya vasitələri internet və sosial media tərəfindən gətirilən yeni imkanlarla qarşı-qarşıyadır. Fərdi və kütləvi ünsiyyətdə bu cür dəyişiklikləri təmin edən sosial media siyasi əlaqənin ölçüsü ilə də araşdırılmalıdır. Söhbət siyasi əlaqə olduqda burada siyasətçilər və seçicilər fəal rol oynayırlar. Ənənəvi mətbuat bəzən siyasətçilərə öz aralarında bərabər imkanlar vermir və seçicilərin böyük əksəriyyətinə söz haqqı tanımır. Ancaq sosial medianın həyatımızdakı bugünkü yeri bu vəziyyəti tamamilə dəyişir. Seçicilər səsvermədə iştirak etməklə bərabər, həm də internet və sosial media vasitəsilə siyasətçilərlə ünsiyyət qura bilər və mövcud siyasi vəziyyətə dair fikirlərini kütlələrə çatdıra bilərlər. Ənənəvi kütləvi informasiya vasitələrindən siyasi əlaqə vasitəsi kimi istifadə edən siyasi partiyalar qısa müddətdə sosial medianın uğurunu və istənilən anda sosial mediada bir araya gələn kütlələri görməzlikdən gələ bilməzdi. İlk mühüm nümunə kimi Amerikada prezident seçkilərində müşahidə olunan sosial medianın siyasi kommunikasiya prosesində səmərəli istifadəsi zamanla digər Avropa ölkələrinə də nümunə oldu.

Sosial medianın siyasi təsiri, bu vəziyyətdə isə iqtisadi təsiri necədir? Aparılan araşdırmalara görə, dünyanın ən zəngin adamları artıq ticarətlə məşğul olanlar deyil, sosial media qurucuları və proqram şirkətləridir. İctimai həyatın indi fərqli bir yol izlədiyi və təsirləndiyi bu sahə həyatımızın əvəzedilməz bir hissəsi olub. Reklamlar və təqdimatlar yazılı mediadan sosial mediaya keçməyə başladı. Artıq istehsalçılar bu sahə məhsullarını sürətli bir formada aşağı qiymətə təqdim edə və dərhal sifarişlər qəbul edə bilərlər. Lakin bu vəziyyətin bəzi mənfi cəhətləri var. Məsələn, bir istehlakçıdan gələn şikayət sosial mediada sürətlə yayılır və istehsalçı şirkət üçün böhran vəziyyəti yaradır. Bundan başqa, sosial medianın iqtisadiyyata təsiri ilə bağlı aşağıdakıları da demək olar:

İlk növbədə, sosial media “gələcəyin iqtisadiyyatı”nı yaradır.

Hər an məlumat əldəetmə sayəsində sosial mediadan bir çox şirkət istehsaldan marketinqə qədər faydalanır.

Virtual dünya olsa da sosial media dünya iqtisadiyyatına yeni istiqamətlər gətirir.

Dünуаdа infоrmаsiуаnın əhəmiууəti durmаdаn аrtır. Hаzırdа bu sektоr bütövlükdə iqtisаdiууаtın digər sаhələrindən dаhа sürətlə inkişаf edir. Bu sаhə Аzərbауcаndа sürətlə inkişаf edir. Təsаdüfi deуil ki, Аzərbауcаndа sənауenin neft qаz sektоrundаn sоnrа inkişаf sürətinə və уаtırılаn sərmауələrin həcminə görə infоrmаsiуа-kоmmunikаsiуа teхnоlоgiуаlаrı sаhəsi ikinci уerdədir. “Аzərbауcаn Respublikаsındа rаbitə və infоrmаsiуа teхnоlоgiуаlаrının inkişаfı üzrə 2010-2012-ci illər üçün Dövlət Prоqrаmı” təsdiq оlunub.

İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə, həmçinin cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndirilib, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılıb, milli standartlar formalaşdırılıb. Eləcə də 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq. “Elektron hökumət”in həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Yeni media texnologiyaları, hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, mənfi müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə əhəmiyyətli rol oynayır.

2016-cı il noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.

Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub”.

Azərbaycan əhalisinin üçdəbiri fəal sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənilir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə influencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar.

Azərbaycanda müasir İKT-nin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda İKT-nin inkişafı və milli informasiya infrastrukturunun yaradılması üç dövrü əhatə edir. Hər üç dövrdə görülən uğurlu fəaliyyət və bu sahədə həyata keçirilən siyasət Ümummilli Liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda əsasını qoyduğu və gələcəyə hesablanmış bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.