CƏMİYYƏT


“Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans işini başa vurub VİDEO

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans işini davam etdirib. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilib.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə Seçenov adına Birinci MDTU-nun Birinci fakültə cərrahiyyəsi kafedrasının professoru Vladimir Levkinin “Mədə xərçənginin diaqnostikasında şüa spektroskopiyası və videoflüoressensiya” və “Qastrektomiyadan sonra erkən ağırlaşmaların profilaktikası” mövzusunda; daha sonra Seçenov adına Birinci MDTU-nun İkinci fakültə cərrahiyyəsi kafedrasının dosenti Aleksandr Natroşvilinin “Kəskin apendisit diaqnostikasında ultrasəs müayinəsinin rolu” və “Təcili abdominal cərrahiyyədə ultrasəs müayinəsinin rolu” məruzələri dinlənilib. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının professoru Cabbar Hacıyev də iki məruzə təqdim edib: “Abdominal sepsis” və “Mexaniki sarılıq zamanı cərrahi müalicə taktikası”.

Konfransın sonunda klinik hallar müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.